Vahid Əhmədov: “Problemlər çoxalıb, elə etmək lazımdır ki, AYNA-lıq heç nə olmasın”

Vahid Əhmədov: “Problemlər çoxalıb, elə etmək lazımdır ki, AYNA-lıq heç nə olmasın”

Hazırda oxunan: Vahid Əhmədov: “Problemlər çoxalıb, elə etmək lazımdır ki, AYNA-lıq heç nə olmasın”

268566

“Son vaxtlar Azərbaycanda iki məsələ çox ciddi problemə çevrilib. Bunlardan biri cərimələrlə əlaqədardır. İnsanlara çox cərimələr yazırlar. Heç maşın saxlamağa imkan olmur, düşüb aptekdən bir dərman almaq üçün sən gedib haradasa parkinqə girməlisən. Problemlər kifayət qədər çoxalıb. Əlbəttə, parkinqlər lazımdır, olmalıdır. Amma elə yerlər var ki, sən orada maşını saxlayandan sonra iki kilometr piyada getməlisən. Belə ciddi problemlər var”.

Bizim.Media xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu sahədə ciddi islahatlara ehtiyac var:
 

“AYNA-nın ləğv edilməsi məsələni həll etməyəcək. Məsələni prinsipial cəhətdən həll etmək lazımdır. Elə etmək lazımdır ki, burada AYNA-lıq heç bir şey olmasın. Qanunlar var, gərək bu qanunlar işləsin.


Struktur islahatlarına böyük ehtiyac var Azərbaycanda. Elə bir struktur qurulmalıdır ki, insanların həyatı üçün normal şərait yaransın. İnsanlar iki kilometr piyada getməsin ki, aptekdən bir dərman alacağam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO