İlham Əliyev “Powerchina group” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev “Powerchina group” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO

Hazırda oxunan: İlham Əliyev “Powerchina group” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO

268278

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
 

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.


Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO