Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Hazırda oxunan: Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

268231

“Moskva ilə Bakı arasında münasibətlər mövcud çətinliklərə baxmayaraq, zamanla bərpa olunacaq”.

Bizim.Media “pravda.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib. 

Onun sözlərinə görə, hər iki ölkə üçün əməkdaşlıq düşmənçilikdən daha çox iqtisadi fayda gətirir və dostluq əlaqələrinin qurulması yalnız zaman məsələsidir.
 

“Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişafı üçün böyük perspektivlər var. İstənilən halda yaxınlaşma qaçılmazdır, bu sadəcə zaman məsələsidir. Vəziyyət çətindir, lakin məsələlər tədricən tənzimlənəcək”, — deyə siyasətçi əlavə edib.


Qeyd edək ki, daha əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Moskva ilə Bakı arasında tərəfdaşlıq münasibətlərinin bərpası perspektivinə toxunaraq, Rusiyanın hökumətlərarası komissiya vasitəsilə əlaqələrin yaxşılaşdırılması üzərində işlədiyini, Azərbaycan tərəfinin də əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdi.

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO