Ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Fransa səfiri Ann Buayon Azərbaycanı tərk edib.
Bizim.Media xəbər verir ki, A.Buayon bu barədə “X” hesabında paylaşım edib.
“Vaxt nə tez gəlib keçir! Missiyamın başa çatması ilə əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin möhtəşəm komandasını tərk edirəm. Komandaya Sofi Laqutun rəhbərliyi altında Fransa və Azərbaycan arasında əlaqələrə, eləcə də regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə uğurlar arzulayıram”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, A.Buayon ölkəmizdə diplomatik missiyasını başa vurub.
Fransa Sofi Laqutu Azərbaycandakı yeni səfiri postuna təyin edib.
Bizim.Media