Prezident: Slovakiya ilə əməkdaşlığımız genişlənəcək

Prezident: Slovakiya ilə əməkdaşlığımız genişlənəcək

Hazırda oxunan: Prezident: Slovakiya ilə əməkdaşlığımız genişlənəcək

268072

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubunda Prezident Peter Pelleqrinini və Slovakiya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: 
 

“Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim”.


Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar var.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu potensialdan tam bəhrələnərək və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail ola bilərik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO