Bu gündən etibarən Prezident təqaüdünün məbləği artırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl bu məbləğ 270 manat təşkil edirdi.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:28 / 01.09.2025
Prezident təqaüdünün məbləği bu gündən ARTIRILDI
Hazırda oxunan: Prezident təqaüdünün məbləği bu gündən ARTIRILDI
Hazırda oxunan: Prezident təqaüdünün məbləği bu gündən ARTIRILDI
268060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.