Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi – FOTO

Hazırda oxunan: Səfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi – FOTO

267429

Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO