7 il sonra Bəxtiyar Hacıyevlə Ramin Hacılı arasında LƏYAQƏT DAVASI 

7 il sonra Bəxtiyar Hacıyevlə Ramin Hacılı arasında LƏYAQƏT DAVASI 

Hazırda oxunan: 7 il sonra Bəxtiyar Hacıyevlə Ramin Hacılı arasında LƏYAQƏT DAVASI 

26739

İctimai fəal Bəxtiyar Hacıyev Ramin Hacılını onun şərəf və ləyaqətini təhqir etdiyi üçün məhkəməyə verib. Məsələyə iyulun 1-də Füzuli rayon məhkəməsində baxılacaq. 

Məsələyə aydınlıq gətirmək üçün Bizim.Media olaraq Ramin Hacılı ilə əlaqə saxladıq. O, bildirdi ki, 2020-ci ilin oktyabr ayında Nizami Rayon məhkəməsindən ona bildiriş gəlib. 

“Məhkəmədən bildirdilər ki, Bəxtiyar Hacıyev məndən şikayət edib. O, ərizəsində iddia edib ki, mən 2013-cü ildə yazdığım bir yazımla onun şərəf və ləyaqətini təhqir etmişəm. Mən məhkəməyə iştirakım olmadan işə baxılmasına icazə verdiyimi bildirdikdən sonra məsələyə baxılıb və hakim iddianı təmin etməyib. Savaş dövrü olduğu üçün məsələni ictimailəşdirmədim.

Amma həmin qərardan razı qalmayan cənab Hacıyev yenidən Apellasiya Məhkəməsinə şikayət edib. Məhkəmə isə ona Füzuli Rayon Məhkəməsinə yönləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan dövləti Bəxtiyar Hacıyevə 12 min avro ödəyəcək


İyulun 1-də işə Rayon Məhkəməsində baxış keçiriləcək. Bəxtiyar Hacıyevin təkidi ilə mən məhkəmə prosesində iştirak etməliyəm. Bu səbəblə iyulun 1-i saat 14.00-da Füzuli məhkəməsində iştirak edəcəyəm. Hacıyev mənim həbs edilməyimi tələb edir”. 

Siyasi aktivist bildirib ki, Hacıyevin  7 ildən sonra yadına düşüb ki, mən onun  şərəf və ləyaqətini təhqir etmişəm. 

”Əslində bu çox gülüncdür, çünki insanın şərəf və ləyaqəti 7 ildən sonra yada düşməz”.  
Söhbət əsnasında Ramin Hacılı məsələnin təfərrüatlarından da danışıb. O, iddia edib ki, 2013-cü ildə Bəxtiyar Hacıyev keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əlaltıları ilə əlbir olub, ona qarşı şər-böhtan kampaniyası, təqiblər həyata keçirib. 

“Yaxın dostlarımız bildirdilər ki, Hacıyevdə olan psixoloji problemlər barədə sübut və faktları var. Mən də bu informasiyaları faktlarla yayımlayaraq bildirdim ki, MTN bu cür problemləri olan insanı mənə qarşı istifadə edir. İndi Bəxtiyar iddia edir ki, o faktları açıqladığım üçün onun şərəf ləyaqətini təhqir etmişəm”. 

İctimai fəal vurğulayıb ki, Hacıyevin həmin dövrdə MTN-lə əməkdaşlıq etdiyi barəsində kifayət qədər sübutları olub. 
 

“Mən də bu faktları yayımladım. Bəxtiyar Hacıyev bildirirdi ki, guya o zamanlar mən Ermənistanın Xüsusi Orqanları ilə iş birliyinə girmişəm. Erməni qızları ilə mənim adımı hallandırdı, guya onları mən axtarıb tapmışam. Ancaq sonda həqiqət ortaya çıxdı. Bu hadisədən sonra mən qərar verdim ki, bu cür insanları ifşa etmək lazımdır”.  


Məsələ ilə bağlı mövqeyini işıqlandırmaq üçün Bəxtiyar Hacıyevlə əlaqə saxlayıb onun fikirlərini də öyrənməyə çalışdıq.

Lakin B.Hacıyev məsələ ilə bağlı, ümumiyyətlə heç bir mövzuda mediaya açıqlama vermək istəmədiyini bildirdi: 

“Mənim bu məsələ barədə heç bir fikrim yoxdur. Bəlkə nə vaxtsa bu barədə danışarıq. Ümumiyyətlə, hazırda nə bu, nə də digər mövzular haqda mətbuata heç bir açıqlama vermək istəmirəm". 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO