“Sülhməramlıların Qarabağdan çıxarılması sülh prosesinə əlavə təkan verdi” - XİN başçısı

“Sülhməramlıların Qarabağdan çıxarılması sülh prosesinə əlavə təkan verdi” - XİN başçısı

Hazırda oxunan: “Sülhməramlıların Qarabağdan çıxarılması sülh prosesinə əlavə təkan verdi” - XİN başçısı

267212

“Rus sülhməramlılarının Qarabağdan çıxarılması sülh prosesinə əlavə təkan verdi”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
 

Azərbaycanın xarici işlər naziri bildirib ki, bölgədə əməliyyatların başa çatmasından sonra BMT nümayəndələrinin və xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərləri təşkil olunub.


Məqsəd mülki obyektlərə atəş açılmamasını və Azərbaycanın addımlarının legitimliyini nümayiş etdirmək olub:

“Bu proses sülh sazişi üzrə danışıqlara da müsbət təsir göstərdi. 2023-cü ildə keçirilmiş antiterror tədbirlərindən sonra Ermənistanın uzun müddət danışıqlar prosesində irəli sürməyə çalışdığı Qarabağ mövzusu tamamilə gündəmdən çıxarıldı. Yeni reallıqlar fonunda rus sülhməramlılarının mandatlarının başa çatmasına hələ bir yarım il qalmış bölgədən çıxarılması sülh prosesinə əlavə təkan verdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO