Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi

Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi

Hazırda oxunan: Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi

267047

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm və əziz Mehriban xanım.

Qadın gözəlliyinin və siyasi yetkinliyin zirvəsində qeyd etdiyiniz doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
 

Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş yorulmaz fəaliyyətiniz ölkənizdə və onun hüdudlarından kənarda Sizə dərin hörmət qazandırıb.


Siz Azərbaycanın indiki əmin-amanlığı və ərazi bütövlüyünün bərpası üçün inanılmaz dərəcədə çoxlu iş görmüsünüz. Görkəmli siyasi xadim kimi Siz, eyni zamanda, yaxınlarınızın isindiyi ailə ocağının qayğıkeş qoruyucusunuz və bu, ən yüksək qiymətə layiqdir.

Fürsətdən istifadə edərək bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və ailənizin bütün üzvlərinə salamlarımı çatdırmağı Sizdən xahiş edirəm.

Sizə uzun və xoşbəxt illər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO