Xəbər verdiyimiz kimi avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Bizim.Media xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidinin qızı atasını xatırlayaraq təsirli çıxış edib.
Həmin dialoqu təqdim edirik:
Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.
Qadın sakin: Qalmayıb, bəli, çox şükür.
Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.
Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:40 / 21.08.2025
Şəhid qızının kövrək ÇIXIŞI: “Atamın şəhid olduğu torpağa Sizin sayənizdə ayaq basıram” - VİDEO
Hazırda oxunan: Şəhid qızının kövrək ÇIXIŞI: “Atamın şəhid olduğu torpağa Sizin sayənizdə ayaq basıram” - VİDEO
Hazırda oxunan: Şəhid qızının kövrək ÇIXIŞI: “Atamın şəhid olduğu torpağa Sizin sayənizdə ayaq basıram” - VİDEO
266393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.