Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:34 / 21.08.2025
Prezident: “Silahlar Ermənistana pulsuz verilirdi ki, işğal davam etsin” - VİDEO
Hazırda oxunan: Prezident: “Silahlar Ermənistana pulsuz verilirdi ki, işğal davam etsin” - VİDEO
Hazırda oxunan: Prezident: “Silahlar Ermənistana pulsuz verilirdi ki, işğal davam etsin” - VİDEO
266300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.