Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB:

Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB: "Əsirlər məsələsinə qarışmırıq"

Hazırda oxunan: Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB: "Əsirlər məsələsinə qarışmırıq"

26580

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandakı erməni əsirlərin cinayət təqibinə qarışmaqdan çəkinir.  

Bizim.Media xəbər verir ki, bu barədə AİHM-in Ermənistandakı nümayəndəliyinin bəyanatında deyilir.

"Ermənistan nümayəndəliyinin ofisi bu şəxslərə qarşı cinayət təqibinin dayandırılması, sərbəst buraxılması və ya hüquqlarının təmin edilməsi tələbləri ilə dəfələrlə AİHM-ə müraciət edib. Lakin AİHM  “yalnız müvəqqəti tədbir tətbiq edə bilərik” anonsunu verib”, deyə mesajda bildirilir. 

Ermənistanın AİHM-dəki nümayəndəliyinin ofisi, eyni zamanda vəkillər və Ermənistanın Vəkillər Palatası ilə əməkdaşlığa hazır olduğunu bildirib:

“Ancaq vəkillər fəaliyyətə başlamazdan əvvəl bütün tədbirləri müzakirə edib bizimlə razılaşdırmalıdırlar”. 

Xatırladaq ki, iyunun 24-də Ermənistanın Vəkillər Palatası Azərbaycanda olan erməni hərbi əsirlərə hüquqi yardım göstərməyə hazır olduqları barədə bəyanat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO