Elman Nəsirov “Düşdüyümüz iqtisadi fəlakətdən çıxış yolu yoxdur”, – deyə SİTAT GƏTİRDİ - VİDEO

Elman Nəsirov “Düşdüyümüz iqtisadi fəlakətdən çıxış yolu yoxdur”, – deyə SİTAT GƏTİRDİ - VİDEO

Hazırda oxunan: Elman Nəsirov “Düşdüyümüz iqtisadi fəlakətdən çıxış yolu yoxdur”, – deyə SİTAT GƏTİRDİ - VİDEO

26558

“Koçaryan deyir ki, mən hakimiyyətə gəlsəm, Şuşanı, Hadrutu geri alacam (işğal edəcəm), açıq desək, müharibəyə başlayacam. Hansı güclə, hansı potensialla, hansı iqtisadiyyatla? Deməli, növbəti müharibə Ermənistanın məhvinin başlanğıcı ola bilər. Bunu düşünən insanlar sülhdən danışan Paşinyana səs verdilər”

Bizim.Media xəbər verir ki, canlı yayımların birində bu fikirləri səsləndirən millət vəkili Elman Nəsirov Paşinyandan sitat da gətirib ki, Nikol Zəngəzur dəhlizinin açılmasının lehinə olduğunu ortaya qoydu:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ordusunda “ATƏŞ” əmrini kim verir? - 40 general Paşinyana qarşı


“Necə ortaya qoyub? Paşinyan deyir əgər biz bu koridoru açmasaq, Azərbaycan imkan verməyəcək ki, biz İran və Rusiya ilə dəmiryol, nəqliyyat xətlərini bərpa edək. Deməli, biz blokada vəziyyətində qalacağıq, düşdüyümüz iqtisadi fəlakətdən çıxış yolu yoxdur. Mütləq kommunikasiyalar bərpa olunmalıdır. 

Müharibədən imtina etmək lazımdır. Xalqları sülhə hazırlamaq lazımdır. Bu kimi sülhpərvər mövqe ortaya qoyulub. Belə olan vəziyyətdə erməni xalqı ən azı öz övladlarının taleyini düşünərək, gedib mənasız müharibədə, növbəti savaşda ölməsin deyə gəlib Paşinyana səs verdilər”

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO