Ermənistan ordusunda “ATƏŞ” əmrini kim verir? - 40 general Paşinyana qarşı

Ermənistan ordusunda “ATƏŞ” əmrini kim verir? - 40 general Paşinyana qarşı

Hazırda oxunan: Ermənistan ordusunda “ATƏŞ” əmrini kim verir? - 40 general Paşinyana qarşı

26545

Son günlər ermənilərin atəşkəs rejimini pozma halları əsasən Kəlbəcər və Tovuz istiqamətində yaşanıb. Ermənistan MN bunu təkzib etsə də ordudakı başıpozuqluq göz önündədir. 

Paşinyanın seçkilərdən sonra müdafiə sahəsində əl gəzdirəcəyi vədləri də keçmiş generalların hərəkətə keçməsinə səbəb olub. 

Suallar yaranır ki, atəşkəsin pozulması hansı cinahın işidi? Paşinyan bununla orduda növbəti əməliyyat hazırlayır, yoxsa İrəvan hansısa öhdəliklərinin icrasını yubatmaq üçün bu yola əl atır? 

Bizim.Media Ermənistanla sərhəddə baş verənlərin əsl mahiyyətini bilmək üçün hərbi ekspert Ədalət Verdiyevlə əlaqə saxladı və sadalanan sualları mütəxəssisə ünvanladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Türklər də Xankəndindən ev alır... - Ermənilər TƏŞVİŞ İÇİNDƏ


Ekspertin fikrincə, Ermənistan tərəfinin son aylar atəşkəs rejimini intensiv pozması ordu ilə siyasi rəhbərlik arasında olan problemlərdən xəbər verir:
 

“Hazırkı vəziyyətdə özünün alçaldılmış, əzilmiş durumunda Ermənistan ordusunun Azərbaycanın səbrini daşdırmağa çalışması İrəvanın hərbi rəhbərliyindəki şəxslərin Paşinyana qarşı fəaliyyətini bir daha nümayiş etdirir.


Bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin istefası, 40 nəfər generalın Paşinyana qarşı birləşməsini xatırlatmaq yerinə düşərdi. Həmin general heyəti bu gün də aktiv fəaliyyətdədir və Serj Sarkisyan-Koçaryan dəstəsi ilə əlaqəli şəkildə münaqişəni yenə qızışdırmağa çalışırlar. Onlar Paşinyanın növbəti məğlubiyyətini Ermənistan xalqına nümayiş etdirməklə Nikolun ölkəni idarə edə bilməyəcəyini göstərmək niyyətindədirlər”. 

Ədalət Verdiyevin sözlərinə görə, atəşkəsin pozulma hallarının Paşinyan, yaxud Koçaryanın başçılıq etdiyi qüvvələr tərəfindən dəstəkləndiyi Azərbaycan üçün heç bir məna kəsb etmir.

Çünki ölkəmiz özünün ən yüksək mənəvi-psixoloji ruh yüksəkliyini yaşayır:

“Bizim səbrimizi daşdırmağa cəhd etməsinlər. Nəticəsi çox sarsıdıcı olacaq”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO