Yeni prezident İranı çökdürəcək – İDDİA 

Yeni prezident İranı çökdürəcək – İDDİA 

Hazırda oxunan: Yeni prezident İranı çökdürəcək – İDDİA 

26541

İyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisinin qələbə çalması ölkədə yeni dövrün başlanğıcını qoyub. Prezident dəyişikliyi fonunda hakimiyyətə qayıdan mühafizəkar qüvvələrin cənub qonşumuzun həm daxili, həm də xarici siyasətində yeni startegiya seçəcəyi güman olunur.

İranın bugünkü durumuna nəzər saldıqda isə, ölkənin həqiqətən də radikal dəyişikliklərə ehtiyac duyduğunu görməmək mümkün deyil. Həm beynəlxalq əlaqələrdəki uğursuzluq, həm də ölkədə günbəgün artan iqtisadi və sosial problemlər uzun müddətdir ki, öz həllini gözləməkdədir.

Vəziyyətin isə müsbətə doğru getdiyini söyləmək olmaz. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidenti bu tarixdə and içəcək 


Ölkədə əhali arasında ümidsizliyin və depressiv vəziyyətin hökm sürdüyü müşahidə olunmaqdadır. Xüsusilə də seçkilərdə sözügedən durum özünü ciddi şəkildə büruzə verib.

Əhalinin səsvermə hüququna malik olan vətəndaşlarının yarısından az bir hissəsi yeni prezidentin bəlli olmasında öz mövqeyini nümayiş etdirib. Vəziyyəti az da olsa düzəltmək xatirinə, səsvermə müddətinin 2 saat uzadılmasına baxmayaraq, o qədər də ciddi fərq qeydə alınmayıb.

İranda son günlərdə iri həcmdə olmasa belə, etirazlar da nəzərə çarpmaqdadır. Xüsusilə də işçilər sosial-iqtisadi vəziyyətlərinin ağır olması səbəbindən öz narazılıqlarını bildirməkdədirlər. 

Ölkə iqtisadiyyatının, həqiqətən də, ağır vəziyyətdə olduğunu görmək üçün isə, İranın dövlət büdcəsinə diqqət yetirmək kifayətdir.

84 milyona yaxın əhalisi olan ölkədə 2021-ci il üçün nəzərdə tutulan dövlət gəlirləri 43,774 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda müvafiq dövr üçün nəzərdə tutulan sözügedən vəsait 15 milyard dollara yaxındır. Əhali sayındakı 8 dəfədən çox olan fərqi də göz önünə gətirsək, İranın əslində Qərbə güc nümayiş etdirəcək qədər iqtisadi potensialının olmadığını görmək mümkündür.

Əsas hissəsi daxili bazara istiqamətlənən İran iqtisadiyyatının, xarici bazarla əlaqələri də xeyli dar çərçivədədir. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin sanksiyalar səbəbindən İranla əməkdaşlıqdan boyun qaçırması ölkənin manevr imkanlarını da xeyli məhdudlaşdırmaqdadır. Cənub qonşumuzun əsas gəlir mənbəyi olan karbohidrogen ehtiyatlarını ixrac etməsi üçün azsaylı bazarlara malik olması isə, İranı yavaş-yavaş xarici investisiyalardan asılı vəziyyətə gətirməkdədir.

Xüsusilə də Çinin İran iqtisadiyyatına böyük inteqrasiyası nəzərə çarpmaqdadır. 

2021-ci il martın 27-də ölkələr arasında imzalanmış sazişə əsasən, 25 il müddətində Çindən İrana 400 milyard dollar həcmində yatırım həyata keçiriləcək. Əksər mütəxəssislər tərəfindən, Tehranın Pekindən asılılığının göstəricisi kimi analiz olunan bu cür razılaşma, İranın yeni hökuməti tərəfindən nicat yolu kimi qəbul olunmaqdadır. Çinin artan dəstəyi isə İbrahim Rəisinin Qərbə qarşı mövqeyini sərtləşdirməsinə səbəb olan əsas amil kimi görülməkdədir.

Rəsmi Tehranın reformist Həsən Ruhani dönəmindəki nisbətən mühafizəkar tutumunu getdikcə sərtləşdirəcəyi isə, nüvə danışıqlarında manelər yaradacaq açıqlamaların verilməsindən sonra daha da aydın nəzərə çarpmaqdadır. Artıq İran uranı zənginləşdirmə fəaliyyəti ilə bağlı, MAQATE-yə heç bir açıqlama verməyəcəyini bildirib.

Beynəlxalq arenada ciddi narazılıq doğuran bu cür bəyanat isə, rəsmi Tehranı yeni sanksiyalar və daha ağır vəziyyətlə üzləşməsinə səbəb ola bilər.

Hələki narazılıqlarını ciddi formada üzə çıxarmaqdan çəkinən xalqın səbr kasasının daşacağı və ölkənin etirazlar dalğası ilə qarşı-qarşıya qalacağı tarix isə elə də uzaq görünmür.
Avqusutun 3-dən etibarən isə Rəisi öz rəis kreoslosuna oturacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO