Türkiyə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:23 / 14.08.2025
Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı TƏYİN OLUNDU
Hazırda oxunan: Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı TƏYİN OLUNDU
Hazırda oxunan: Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı TƏYİN OLUNDU
265109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.