Zaxarova Ukrayna Təhlükəsizlik Xidmətini İTTİHAM ETDİ: “Guya Azərbaycan vətəndaşlarına qarşı...”

Zaxarova Ukrayna Təhlükəsizlik Xidmətini İTTİHAM ETDİ: “Guya Azərbaycan vətəndaşlarına qarşı...”

Hazırda oxunan: Zaxarova Ukrayna Təhlükəsizlik Xidmətini İTTİHAM ETDİ: “Guya Azərbaycan vətəndaşlarına qarşı...”

264394

Moskva Ukrayna Təhlükəsizlik Xidmətini (UTX) mövcud Rusiya–Bakı münasibətlərindəki fikir ayrılıqlarından istifadə edərək təxribatlar hazırlamaqda və milli zəmində qarşıdurma yaratmaq cəhdində ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan ABŞ görüşünə REAKSİYA


Onun sözlərinə görə, guya Rusiya tərəfinin əlində Ukrayna xüsusi xidmət orqanlarının Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəni obyektlərinə qarşı hücumlar törətməyə hazır olan, maddi mükafat müqabilində fəaliyyət göstərən Rusiya qaçqınlarını cəlb etməklə diversiya aksiyaları hazırladığına dair məlumatlar var:

“Məqsəd belə təxribatların uğurla həyata keçirilməsi halında, Azərbaycan, Türkiyə və Avropa mediasında guya “Rusiya təcavüzü” mövzusunda viral xəbərlər yaymaqdır”.

Zaxarova vurğulayıb ki, bu, Kiyevin Rusiyanın ən yaxın tərəfdaşları və qonşuları ilə münasibətləri pozmaq üçün hər cür fürsətdən istifadə etməyə çalışdığını göstərir:

“Bu, terrorçuların məntiqidir. Biz daim bunu qeyd edirik — Qərb terrorizmi maliyyələşdirir və dəstəkləyir.”

O, əlavə edib ki, əsas məqsəd Rusiyanın Azərbaycana qarşı guya təcavüz göstərdiyi barədə saxta təsəvvür formalaşdırmaq və həmin informasiyanı Azərbaycan, Türkiyə və Avropa informasiya məkanında yaymaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO