İlham Əliyevdən Sinqapur Prezidentinə MƏKTUB

İlham Əliyevdən Sinqapur Prezidentinə MƏKTUB

Hazırda oxunan: İlham Əliyevdən Sinqapur Prezidentinə MƏKTUB

264251

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda bildirilib:

"Hörmətli cənab Prezident,
 

Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.


Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilmişdir.
 

İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.


Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daiməmin-amanlıq və firavanlıq diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO