Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK?

Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK?

Hazırda oxunan: Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK?

263996

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını elan etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "CBS News"a danışan mənbələr məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Vaşinqtonda – FOTO/VİDEO


Tarixi sazişin imzalanmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək. Görüşlər Oval Kabinetdə və Dövlət Qonaqlıq Zalında keçiriləcək.

Bu saziş iki ölkə lideri arasında birbaşa imzalanacaq ilk razılaşma olacaq.

Nəşr qeyd edir ki, ABŞ rəsmiləri regionda enerji hasilatı və nəqli baxımından strateji önəmi olan iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir.

Mənbələrin bildirdiyinə görə, Ermənistan saziş çərçivəsində ABŞ-a 43 kilometrlik tranzit dəhlizində inkişaf və nəzarət hüququ verməyə hazırlaşır. Bu dəhlizə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adı veriləcək. Vaşinqton bu saziş üzərində aylarla çalışıb.

Məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff bu ilin martında Bakıya səfər edib. Həmçinin, “İbraham Sazişləri Sülh İnstitutu”nun keçmiş rəhbəri Aryeh Laytston da danışıqlarda aktiv iştirak edib. Tramp administrasiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunmadan Azərbaycanın “İbraham Sazişləri”nə qoşulması mümkün deyil.

Mənbələrin sözlərinə görə, Tramp bu təşəbbüslərlə bağlı Nobel Sülh Mükafatı almaqda maraqlıdır.

Onun mətbuat katibi Karoline Leavitt bildirib ki, “bu mükafat Trampa çoxdan verilməli idi”. Tramp son açıqlamalarında “Hindistan-Pakistan, Kamboca-Tailand, Konqo-Ruanda kimi münaqişələri dayandırdıqlarını” iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO