Azərbaycanın rəsmi İrəvana verdiyi möhlət bitdi – Şərtlərə əməl olunmalıdır, yoxsa... 

Azərbaycanın rəsmi İrəvana verdiyi möhlət bitdi – Şərtlərə əməl olunmalıdır, yoxsa... 

Hazırda oxunan: Azərbaycanın rəsmi İrəvana verdiyi möhlət bitdi – Şərtlərə əməl olunmalıdır, yoxsa... 

26349

“Rusiya prezidenti Vladimir Putin və Nikol Paşinyan arasında olan telefon danışığı zamanı 10 noyabrda imzalanan üçtərəfli birgə bəyanatın şərtləri əsas müzakirə predmeti olub. Putinin aydın mətnlə birgə bəyanatın şərtlərinə əməl olunmasını növbəti dəfə Paşinyana  vurğulaması regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində yaxın zamanlarda digər addımların da atılacağına dəlalət edir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu Rusiya prezidentinin Nikol Paşinyanla telefon danışığını şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın bağlayacağı yeni sazişdə hansı ŞƏRTLƏR VAR? - Suren Sarkisyandan ŞOK AÇIQLAMA


Onun sözlərinə görə, şərtlərin yerinə yetirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılmasında Rusiya tərəfi özü də maraqlıdır. 

“Proseslərin ümumi mənzərəsi Ermənistanın birgə bəyanatın şərtlərinə əməl etməkdən başqa çıxış yolunun olmadığını qeyd etməyə əsas verir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın başqa alternativ yolu yoxdur. Çünki Azərbaycan artıq öz güc mövqeyini təmin edib. Bundan sonra da cərəyan edən istənilən xarakterli proseslərdə Azərbaycanın güc mövqeyinə uyğun olacaq”. 

Deputat Rusiya prezidentinin ölkə başçısı İlham Əliyevlə telefon danışığı zamanı müzakirə olunan məsələlərə də fikir bildirib.

O, burada da əsas mövzunun işğaldan azad olunan torpaqlarda görüləcək işlər barədə olduğunu bildirib.  

“Bu da post münaqişə bölgəsində vəziyyətin daima diqqət mərkəzində olduğunu göstərir. Azərbaycan və Rusiyanın istəyi bundan sonra regionda sülh və təhlükəsizlik məsələlərinin effektiv həllini tapmasından ibarətdir. Xatırladım ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan sərhədləri boyunca SSR dövrünə aid xəritələrə uyğun olaraq delimitasiya və demarkasiya işlərinin aparılmasına həssas yanaşır. Hətta Rusiya tərəfi ayrıca bu məsələ ilə məşğul olacaq bir komissiyanın yaradılması təşəbbüsü ilə də çıxış edib. Bu baxımdan hesab edirəm ki, bundan sonrakı mərhələdə məsələlər başqa cür cərəyan edəcək”. 

Millət vəkili həmçinin bildirib ki, Ermənistan tərəfi indiyə qədər üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindəki durğunluğu ölkədəki seçkilərlə bağlı olduğunu səbəb gətirirdilər. 

“Ümid edirik ki, Ermənistan bundan sonrakı mərhələdə birgə bəyanatın şərtlərinə əməl olunmasında hər hansı bir yayınmalara yol verməyəcək. Azərbaycan tərəfinin mövqeyi dəqiqdir, qətidir. Azərbaycan öz güc mövqeyindən çıxış edərək post münaqişə mərhələsində də maraqlarına uyğun reallıqların formalaşmasına nail olacaq. Müzakirələrin ümumi məntiqi bunu bir daha söyləməyə imkan verir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO