Azərbaycanda yeni dövlət şirkəti yaradıldı

Azərbaycanda yeni dövlət şirkəti yaradıldı

Hazırda oxunan: Azərbaycanda yeni dövlət şirkəti yaradıldı

26334

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC yaradılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC Nazirliyin tabeliyinə verilib, Komitənin strukturuna daxil olan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilib və və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Əmlak Məsələləri Dövlət Xidmətinə verilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO