Prezident Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində oldu - YENİLƏNİB - FOTO

Prezident Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində oldu - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Prezident Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində oldu - YENİLƏNİB - FOTO

26332

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bizim.Media-nın xəbərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov deyib ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib. Bildirildi ki  Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bizim.Media-nın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO