“Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanla sülh sazişi olmasa, demək, sülh də yoxdur” - Prezidentdən MESAJ
Prezident bildirib ki, bu bəyanat faktiki olaraq istənilən danışıqlara son qoydu:
“Bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər.
Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi. Lakin bu, hələ hamısı deyil.
Ötən il onlar təmas xəttində və bizim dövlət sərhədində üç təxribatçı hərbi əməl törədərək mülki şəxsləri qətlə yetirdilər, kəndlərimizi bombaladılar və bizi təhrik etdilər. Beləliklə, İkinci Qarabağ müharibəsi qaçılmaz idi və bu, hər kəs üçün aydın idi”.
Bizim.Media