Müdafiə Nazirliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi 

Müdafiə Nazirliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi 

Hazırda oxunan: Müdafiə Nazirliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi 

26222

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, Əbədi məşəl kompleksinin önünə əklil qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO