“Zəngəzur dəhlizinin açılması sülh müqaviləsindən sonra mümkün olacaq” - AÇIQLAMA

“Zəngəzur dəhlizinin açılması sülh müqaviləsindən sonra mümkün olacaq” - AÇIQLAMA

Hazırda oxunan: “Zəngəzur dəhlizinin açılması sülh müqaviləsindən sonra mümkün olacaq” - AÇIQLAMA

262215

"Azərbaycanla Ermənistan arasında ikitərəfli razılığa əsasən nəqliyyat və kommunikasiyaların açılması sülh müqaviləsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılıb". 


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.


“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə məhz bu bəndlə bağlı fikir ayrılıqları var idi. Azərbaycan jest edərək sülhdə daha maraqlı tərəf olduğunu bir daha ortaya qoyub. Ermənistan tərəfi rəsmi açıqlama verərək Azərbaycanla bu məsəldə razılıq əldə edildiyini vurğulayıb. 


Qeyd edim ki, bir neçə gün bundan əvvəl prezidentin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi E. Əmirbəyov ABŞ-də səfərdə olub. Vaşinqtonda mühüm görüşlər keçirib. Görünür, ABŞ rəsmiləri iki dövlət arasında sülh müqaviləsi üzrə danışıqlarda fikir ayrılıqları yaradan bənd olduğu üçün Azərbaycandan bu bəndin çıxarılmasını xahiş edib. Vaşinqton Zəngəzur yolunun açılmasında maraqlıdır və İrandan dəhlizin keçməməsi üçün Yerevana təzyiqlər edir”.


Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün maksimum vasitəçilik edir:


“Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Həmçinin Azərbaycanla Ermənistan arasındakı demarkasiya prosesi çərçivəsində 900 hektar ərazi qarşı tərəfə verilib. Bu ərazidən sərhəd qoşunları geri çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalıb”. 


Ülkər Abdurahmanlı
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO