Milli Məclisdən Ali Baş Komandana TƏBRİK

Milli Məclisdən Ali Baş Komandana TƏBRİK

Hazırda oxunan: Milli Məclisdən Ali Baş Komandana TƏBRİK

26194

Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Milli Məclis adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media-nın xəbərinə görə, o, sabahkı bayram münasibətilə Silahlı Qüvvələrin bütün heyətini və Azərbaycan xalqını da deputatların adından təbrik edib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis toplandı - Gündəlikdə nələr var?


“Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazmışdır. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib.

Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəkdir", - S.Qafarova bildirib.

Daha sonra isə deputatlar Milli Məclis sədri Sahibə Qafarovanın təbrikinə qoşularaq alqışlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO