İsrail səfiri ölkəmizdən ayrılır – 6 illik diplomatik fəaliyyətə VİDA -FOTO

İsrail səfiri ölkəmizdən ayrılır – 6 illik diplomatik fəaliyyətə VİDA -FOTO

Hazırda oxunan: İsrail səfiri ölkəmizdən ayrılır – 6 illik diplomatik fəaliyyətə VİDA -FOTO

261277

23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
 

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.


Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO