İlham Əliyev iraqlı həmkarına BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev iraqlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: İlham Əliyev iraqlı həmkarına BAŞSAĞLIĞI VERDİ

260605

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO