Azərbaycanın Ukraynaya etdiyi yardımın həcmi AÇIQLANDI - FOTO

Azərbaycanın Ukraynaya etdiyi yardımın həcmi AÇIQLANDI - FOTO

Hazırda oxunan: Azərbaycanın Ukraynaya etdiyi yardımın həcmi AÇIQLANDI - FOTO

259430

Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyin həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ukrayna Bərpa Konfransındakı çıxışı zamanı məlumat verib.
 

Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.


Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edən Yalçın Rəfiyev, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğunu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO