Özbəkistandan TÜRKPA ilə bağlı QƏRAR - FOTO

Özbəkistandan TÜRKPA ilə bağlı QƏRAR - FOTO

Hazırda oxunan: Özbəkistandan TÜRKPA ilə bağlı QƏRAR - FOTO

25863

Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçmanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkdilli ölkələrin Baş prokurorları haqqında yeni QƏRAR


Nümayəndə heyətinə Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları da daxil olub. 

Tərəflər Özbəkistanla Türk Şurasının üzvü olan dövlətlər, həmçinin Özbəkistan parlamenti ilə TÜRKPA arasında ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. 

Sadıq Səfayev deyib ki, Özbəkistan Türk Şurası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Özbəkistan parlamenti də TÜRKPA ilə əlaqələrin inkişafında maraqlıdır. İsmet Uçma bildirib ki, Özbəkistan Türk dünyasında xüsusi yer tutur. TÜRKPA Özbəkistanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi əzmindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO