Azərbaycan və Pakistan arasında Anlaşma Memorandumu İMZALANDI

Azərbaycan və Pakistan arasında Anlaşma Memorandumu İMZALANDI

Hazırda oxunan: Azərbaycan və Pakistan arasında Anlaşma Memorandumu İMZALANDI

258394

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıblar.

Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO