Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Hazırda oxunan: Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

258321

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

Ərdoğanın sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. İnşallah, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO