Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

Hazırda oxunan: Şahbaz Şərif: “Azərbaycanla investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik”

258244

“Mən əziz qardaşım Prezident İlham Əliyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mötəbər toplantısında iştirak etmək üçün nümayəndə heyətimlə birlikdə burada idim”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.

Ş. Şərif qeyd edib ki, bu gün iki üzv ölkə arasında qardaşlıq bağlarını daha da inkişaf etdirmək, ticarəti, sərmayələri, mədəniyyəti, təhsili, səhiyyəni və su ehtiyatlarını təşviq etmək barədə razılığa gəlinib:

“Prezident İlham Əliyevlə görüş çox məhsuldar keçdi. Biz Pakistanla Azərbaycan arasında ticarət və investisiyalarımızı strateji sahələrdə də inkişaf etdirmək barədə razılığa gəldik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO