ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili kimdir?

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili kimdir?

Hazırda oxunan: ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili kimdir?

258180

Xəbər verdiyimiz kimi, Emi Karlon ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, O, ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb.

Emi Karlon Oklahoma Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb.

İyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
 

Emi Karlon iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstandakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir.


E.Karlon İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO