YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO

YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO

Hazırda oxunan: YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO

25800

Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.

Bizim.Media  xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.

Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 11, Təftiş komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib.

Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirnin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Yığıncaqda həmçinin, YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO