Pakistan Quru Qoşunlarının komandanı ilə hərbi əməkdaşlıq müzakirə olundu - FOTO

Pakistan Quru Qoşunlarının komandanı ilə hərbi əməkdaşlıq müzakirə olundu - FOTO

Hazırda oxunan: Pakistan Quru Qoşunlarının komandanı ilə hərbi əməkdaşlıq müzakirə olundu - FOTO

25791

İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya  bildirilib ki, DSX-nin aparatında keçirilən rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışdır.

Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan və Pakistan arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. 

Ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın ədalətli mübarizəsində Pakistanın hər zaman göstərdiyi dəstək və həmrəyliyi xüsusi qeyd edib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə edib, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.

Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO