Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

Hazırda oxunan: Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

257908

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox danışırıq".

Bizim.Media xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda deyib.

"Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular.

Təbrik edirəm. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Qərara aldıq, FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq", - deyə Ş.Mirziyoyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO