Ermənistan PARÇALANMA ərəfəsində - Koçaryan Qarabağ ermənilərinə nə göstəriş verib?

Ermənistan PARÇALANMA ərəfəsində - Koçaryan Qarabağ ermənilərinə nə göstəriş verib?

Hazırda oxunan: Ermənistan PARÇALANMA ərəfəsində - Koçaryan Qarabağ ermənilərinə nə göstəriş verib?

25782

Xankəndidə qondarma rejimin başçısı Araik Arutunyanın istefası tələbi ilə aksiya keçirilib və bu gün da etirazların davamı gözlənilir.

Bizim.Media xəbər verir ki, Robert Koçaryanın seçkilərdə Paşinyana məğlub olmasından sonra İrəvan etirazları elə də özünü doğrultmadı. Və Hayastan bağıran oraqlı oğlan Nikol hökumətini laxlatmaq üçün digər variantlara əl atdı.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni polkovnikdən ŞOK İDDİA: “Ermənistanın əhalisinin 53 faizi türkdür”


Xankəndi etirazlarının mənbəyi...

Koçaryanın ehtiyat üsulları arasında əsas silah Qarabağdır. Çünki erməni müxalifəti Zəngəzur (Sünik) iğtişaşları ilə Paşinyana qarşı uğur qazana bilmədilər. Koçaryanın Paşinyanı taxtdan salmaq naminə istifadə etdiyi əsas kart isə Araik Arutyunyandır. Sözün düzü, “Araik-Paşinyan arkadaşlığı” da Robert ittihamlarına əsas verib.

Xankəndi etirazlarının əsas səbəblərindən biri seçkilər zamanı Arutyunyanın Nikol Paşinyanın qərargahına getməsi və oradan şəkil bölüşməsidir. Bununla da, Araik Arutyunyan Paşinyana dəstək nümayiş etdirmiş olub. Digər tərəfdən, Ermənistanın keçmiş qərargah rəisi Onik Qasparyanın Koçaryana dəstək çağırışı və bütün hərbçiləri Robertə səs verməyə səsləməsi də “Artsax” tərəfindən sükutla qarşılanmayıb. Belə ki, qondarma rejimin “müdafiə ordusu” erməni hərbçilərini siyasi qarşıldurmaya alət olmamağa çağırıb. Yəni, Paşinyana səs vermək lazımdır.

Səsvermənin nəticələri məlum olandan sonra Arutyunyan Paşinyanı təbrik edib. Və bu hadisəni 44 günlük müharibədən sonra ölkədaxili qeyri-stabil durum düyünün açılması kimi qiymətləndirib. 

Ermənistan parçalanmaq ərəfəsində...

Xankəndində yaşayanlar isə bu xəbərdən hiddətlənərək Arutyunyanın istefasını tələb ediblər. Burada söhbət Qarabağ erməniləri olan Koçaryan-Sarkisyan müxalifətinin birgə düşmənçilik mövqedə durmasına baxmayaraq ortaq fikirə gəlməkləridir. Çünki heç kimə sirr deyil ki, Xankəndini ayağa qaldırmaq yalnız Robertin nüfuzunun işi deyil. Burada Serjin də barmağı var.

Paşinyan əbəs yerə Bako Saakyanı Artutyunyanla dəyişməmişdi ki...

Nikol bilirdi ki, Qarabağ klanına aid kimdənsə asılılıq gələcək istefasını şərtləndirə bilər. Məhz buna görə də, Araiklə ortaq məxrəcə gəlib Qarabağdakı qondarma rejimi ona həvalə etdi.

Araikin də gənc “lider” kimi ilk səhvi Şuşa “andiçməsi” oldu ki, bu, bütün Ermənistana baha başa gəldi. 

Əslində Koçaryan məğlub olduğu ilə razılaşıb, sadəcə onun dərdi başqadır. Çünki Robert hakimiyyətdə təmsil olunmaq məqsədilə seçkilərə qatılmışdı. Mövcud faizlər isə Paşinyan hökumətində Koçaryan, Sarkisyan və Petrosyana yer saxlamayıb. Nikolun real səsvermə nəticələrini ləğv edəcəyi real görünmədiyinə görə, erməni müxalifəti Xankəndi, Zəngəzur və Göyçə etirazları ilə yerli rəhbərliklərin istefasına nail olmaq istəyirlər kİ, mühüm regionlara nəzarəti ələ keçirtsin, bir növ xanlıqlar yaratsınlar. Belə olan halda isə...

Ermənistanın parçalanmasına az qalıb.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO