Kəlbəcər rayonu ərazisində dövlət sərhədi ilə bağlı SƏRƏNCAM 

Kəlbəcər rayonu ərazisində dövlət sərhədi ilə bağlı SƏRƏNCAM 

Hazırda oxunan: Kəlbəcər rayonu ərazisində dövlət sərhədi ilə bağlı SƏRƏNCAM 

25772

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında” sərəncama imza atıb. 

Bizim.Media xəbər verir ki, səərncamda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident FƏRMAN VERDİ - Noyabrdan qüvvəyə minir


“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO