İlham Əliyevdən ruandalı həmkarına: “Bakıdakı görüşümüzü xoş təəssüratlarla xatırlayıram”

İlham Əliyevdən ruandalı həmkarına: “Bakıdakı görüşümüzü xoş təəssüratlarla xatırlayıram”

Hazırda oxunan: İlham Əliyevdən ruandalı həmkarına: “Bakıdakı görüşümüzü xoş təəssüratlarla xatırlayıram”

257524

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram.


Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO