Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

Hazırda oxunan: Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

257429

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Onun yerinə müavini, polkovnik Fərid Əsgərov təyin edilib.

Bizim.Media Fərid Əsgərovun dosyesini təqdim edir:

Fərid Əsgərov peşəkar karate mütəxəssidir. O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib, Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.

O, bir müddət Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub. Bu ilin fevral ayının 26-da Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini təyin edilib.

Fərid Əsgərov Bakı İdman Sarayının direktoru Əli Əsgərovun qardaşıdır. Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO