Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.
“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir, sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, - paylaşımda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:07 / 28.06.2025
Rəsmi Bakı Pakistana BAŞSAĞLIĞI VERDİ - FOTO
Hazırda oxunan: Rəsmi Bakı Pakistana BAŞSAĞLIĞI VERDİ - FOTO
Hazırda oxunan: Rəsmi Bakı Pakistana BAŞSAĞLIĞI VERDİ - FOTO
257115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.