DEPUTAT: “Bülbüloğlu istefa verməlidir”

DEPUTAT: “Bülbüloğlu istefa verməlidir”

Hazırda oxunan: DEPUTAT: “Bülbüloğlu istefa verməlidir”

2566

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu əvəz edir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər: 

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək.

Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO