Ermənilər niyə yenidən Paşinyanı seçdi? – Seçkilərdə AZƏRBAYCAN FAKTORU 

Ermənilər niyə yenidən Paşinyanı seçdi? – Seçkilərdə AZƏRBAYCAN FAKTORU 

Hazırda oxunan: Ermənilər niyə yenidən Paşinyanı seçdi? – Seçkilərdə AZƏRBAYCAN FAKTORU 

25655

20 iyunda Ermənistanda çoxdan gözlənilən parlament seçkiləri baş tutub. Ermənistan cəmiyyətinin gələcək taleyini müəyyən edəcəyi gözlənilən seçkidə 53.92 % səslə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” bloku qələbə qazanıb.

Paşinyandan fərqli olaraq revanşist fikirləri ilə seçilən keçmiş prezident Robert Koçaryanın “Hayastan” bloku isə seçkiləri 21,64 % səslə ikinci yerdə bitirib. Keçmiş prezidentlərdən Serj Sarkisyanın və Levon Ter-Petrosyanın rəhbərlik etdiyi bloklar isə parlamentdə təmsil olunmaq üçün nəzərdə tutulmuş 7%-lik limiti keçə bilməyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyanla danışmağın dilini Azərbaycan yaxşı bilir” - Fərhad Məmmədovdan ŞƏRH


Koçaryanın hayı-küyü...

Ermənistandakı seçkilərin nəticələri hər hansı sürprizlə yadda qalmadı. Hələ seçki kampaniyası dönəmində Robert Koçaryanın sərt bəyanatları və erməni ictimaiyyətinə Qarabağla bağlı verdiyi revanşist vədlər gözlənilən nəticəni dəyişmədi. Qarabağdakı məğlubiyyətin yaratdığı emosional hisslərdən istifadə etməyə çalışan Koçaryan Rusiyanın dəstəyi və Paşinyanı məğlubiyyətin səbəbkarı kimi göstərməklə qalib gələcəyinə inanırdı. Amma xalq nə edəcəyini seçkilərə start veriləndən yaxşı bilirdi. Ona görə də Koçaryanın bütün “kəndirbazlığı” kütləni ələ almaqda aciz idi. 

Bəs onda seçkilərdə Nikol Paşinyanın qələbəsini şərtləndirən səbəblər hansılardır?

Birincisi, əsas rəqibin “Qarabağ klanı”na məxsus “dönmə erməni”nin olması yaxşı başlanğıc idi.

O xalqı 10 il talayıb orta sahibkarlığı məhv etmiş, ölkədə korrupsiyanı çiçəkləndirmiş biri idi. Sonunda da əli öz xalqının qanına batmışdı. Terror, qatillik Koçaryanın ana mahiyyəti idi. Məhz Xocalı qatili kimi Azərvbaycan xaqlının da ermənilərə nifrətinin formalaşmasında əsas “qəhrəman” olub. 

İkincisi, Ermənistanda hakimiyyətdə olanları sıxışdırıb ancaq “Qarabağ klanına” məxsus ohanyanları, sarksiyanları gətirərək siyasi elitanı mühacir həyatına məcbur etmişdi.

Rusiya xaric heç bir diaspor təşkilatı Koçaryanı dəstəkləmirdi. Nikol Paşinyan isə xaricdəki erməni lobbisi ilə əlaqələrini gücləndirmiş və onların etimadını qazanmışdı. 

Üçüncüsü, Nikol Paşinyan 2018-ci ildən etibarən ordu, polis və təhlükəsizlik orqanları daxilində öz nufuzunu gücləndirməyi bacarıb.

Buna nail olmaq üçün hakimiyyətinin ilk aylarından zabit heyətinin maaşlarını və mənzil şəraitini yaxşılaşdıran Paşinyan 20 iyun seçkilərində bu etimadın nəticəsini artıqlaması ilə alıb.

Sonuncu və ən həlledici məqam isə Azərbaycanın 44 günlük müharibənin nəticələri idi.

Acı məğlubiyyətdən nəticə çıxaran erməni xalqını Robert Koçaryanın revanşist vədləri daha çox qorxudurdu. Erməni xalqı artıq özgə torpaqları üçün heç kimi qurban vermək istəmirdi, müharibə onun üçün ən ağır məna kəsb edir.

Azərbaycanın Böyük Zəfərindən sonra Ermənistanda hər kəs dərk elədi ki, azərbaycanlıların səbri nə qədər böyük olsa da, qisas cavabı da bir o qədər ağırdır. İndi Qafqazın ən güclü və müstəqil dövləti ilə ayaq-ayağa vermək mümkün deyil. Elə bu baxımdan müharibə xofu seçki məntəqələrində Paşinyanın “məğlubiyyət acısı dolu” bülletenlərini qutuya salmaqdan daha ağır gəldi. Xalq müharibə qorxusundan Paşinyanı seçdi. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO