"Mən Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri ilə bağlı şərh verməyə hazırlaşmıram".

News.am saytının məlumatına görə, Ermənistan prezidenti Armen Sarkisyan jurnalistlərə müsahibəsində bildirib.
"Birincisi, bu görüşlərin detallarından xəbərdar deyiləm və ümumiyyətlə, xarici siyasət sahəsində baş nazirin müəyyən görüşləri barədə şərh vermək prezidentin işi deyil", - deyə Armen Sarkisyan bildirib.
































































































