Azərbaycanlı deputat AŞPA-da minaya düşən Azərbaycan jurnalistləri haqqında danışıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov bu gün AŞPA-nın işə başlayan yay sessiyası zamanı çıxışında işğaldan azad edilən Azərbaycan torpaqlarında aparılan quruculuq işlərindən söz açıb.
"Biz Qarabağı yenidən inşa edirik. Ancaq hazırda ən başlıca problemlər minalardır. Biz 15 erməni əsiri 97 min minanın basdırıldığı ərazinin xəritəsi ilə dəyişdik. Ancaq bildiyiniz kimi, ötən sessiyada erməni nümayəndə heyəti belə xəritələrin mövcudluğunu inkar edirdi. Bir neçə həftə öncə isə iki Azərbaycan jurnalisti minaya düşərək həlak oldu. Bu, beynəlxalq hüququn, üçtərəfli bəyanatın pozulmasıdır", - deyə o vurğulayıb.
K. Cəfərov qeyd edib ki, Ermənistan mina xəritələrini vaxtında Azərbaycana təhvil verməlidir. (APA)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:25 / 21.06.2021
AŞPA-da jurnalistlərin Kəlbəcərdə minaya düşməsi məsələsi qaldırıldı
Hazırda oxunan: AŞPA-da jurnalistlərin Kəlbəcərdə minaya düşməsi məsələsi qaldırıldı
Hazırda oxunan: AŞPA-da jurnalistlərin Kəlbəcərdə minaya düşməsi məsələsi qaldırıldı
25641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.