Tel-Əvivdən SƏRT XƏBƏRDARLIQ – “Yenidən nüvə silahı əldə etmək istəsələr...” – EKSKLÜZİV

Tel-Əvivdən SƏRT XƏBƏRDARLIQ – “Yenidən nüvə silahı əldə etmək istəsələr...” – EKSKLÜZİV

Hazırda oxunan: Tel-Əvivdən SƏRT XƏBƏRDARLIQ – “Yenidən nüvə silahı əldə etmək istəsələr...” – EKSKLÜZİV

256240

“Strateji baxımdan bu münaqişənin əsas mərhələsinin yekunlaşması üçün lazım olan şərtlər artıq mövcuddur. İsrailin əsas məqsədi İranın nüvə proqramına ciddi zərbə vurmaq idi. İsrailin həlledici ilk hücumu və ABŞ-nin mühüm dəstəyi sayəsində bu əldə olunub. Qeyd etmək vacibdir ki, ABŞ ilk növbədə öz maraqlarını rəhbər tutaraq hərəkət etdi, lakin bu, İsrailin məqsədləri ilə üst-üstə düşürdü”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Eran Şayşon deyib.

Şayşon bildiirb ki, gələcək yol mürəkkəbdir:

“Dərhal “sülh” və ya əsas hərbi əməliyyatların dayanması güc balansına və qarşılıqlı çəkindirməyə əsaslanır. Əldə olunmuş məqsədin tanınması lazımdır. İsrail nüvə layihəsinin imkanlarının zəiflədilməsi kimi əsas strateji məqsədinin yerinə yetirildiyini qəbul etməlidir. Bu isə eskalasiyadan uzaqlaşmaq üçün bir çıxış yolu təmin edir.

İranda rejimi dəyişdirmək arzusu çox güclü olacaq. Halbuki bunun potensial faydası böyük olsa da, çox yüksək risklidir və İsrailin tam nəzarət edə bilmədiyi bir hədəfdir. Belə bir könüllü müharibəyə sürüklənmək ilkin hücuma dəstək verən daxili və beynəlxalq konsensusu zəiflədə bilər”.

“İranda hakimiyyət dəyişikliyi çətin prosesdir”

Analitik qeyd edib ki, İranın nüvə imkanları zəiflədilsə də, indi onların motivasiyasını nəzərə almaq lazımdır:

“Sözügedən hücum onları nüvə bombasına sahib olmağa daha çox həvəsləndirə, yaxud da bundan çəkindirə bilər. Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ, aydın şəkildə göstərməlidir ki, nüvə ambisiyaları ilə irəliləmək yalnız daha çox təcrid və qarşıdurmaya gətirib çıxaracaq.
 

Mənim analizim İranın daxildən bölünməsi məsələsinə fokuslanmır. Strateji məqsəd heç vaxt İranı parçalamaq olmayıb, əsas hədəf rejimin nüvə ambisiyalarının yaratdığı varoluş təhdidini neytrallaşdırmaq idi. Hərbi əməliyyatların əsas məqsədi rejimin hərbi imkanlarını və strateji potensialını zəiflətmək olub.


Rejim daxili təzyiqlərlə üzləşsə də, son hərbi əməliyyatın məqsədi ölkəni parçalamaq yox, rejimin davranışlarını dəyişmək və onun ən təhlükəli silah proqramını aradan qaldırmaq idi. Rejimi devirməyə doğru yönəlmək cazibəsi mövcuddur, lakin bu çox mürəkkəb və proqnozlaşdırılması çətin bir yoldur”, - deyə E.Şayşon əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO