Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

256233

Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bəyan edib.

"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər.

Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 21-dək 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO