Ceyhun Bayramov: “Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır”

Ceyhun Bayramov: “Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır”

Hazırda oxunan: Ceyhun Bayramov: “Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır”

255956

“Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında çıxışı zamanı bildirib.

Ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib. Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.

Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO